BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

İran prezidenti: "Xəzər dənizində başqa ölkələrin təlimlərdə iştirakı qadağandır"

Xəzər dənizində (Xəzəryanı dövlətlər - Azərbaycan, İran, Qazaxıstan, Russiya və Turkmənistan) başqa ölkələrin hərbçilərinin təlimlərdə iştirakı qadağandır.

 

Bunu İran prezidenti İbrahim Rəisi Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

 

İran prezidenti qeyd edib ki, ABŞ-ın müstəqil ölkələrə tətbiq etdiyi iqtisadi təzyiqlər və sanksiyalarla mübarizənin ən təsiredici yolu İran və Rusiya arasında əməkdaşlıq və koordinasiyanın gücləndirilməsidir.

 

O qeyd edib ki, Rusiya və Ukrayna arasında müharibənin başlamasında əsas amil ABŞ və NATO-nun vəziyyəti qızışdırmasıdır.

 

İ.Rəisi bildirib ki, İran Xəzər dənizində başqa ölkələrin hərbi təlimlərdə iştirakının xüsusi ilə İran sahillərində olmasının qadağan olmasını təkidlə vurğulayıb.

Tarix: 23 İyun 2022, 08:30   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin