“Dövlət Gömrük Komitəsində nə qədər adam işləyir. Sayını-hesabını bilmirəm. Bu adamların içində bir, iki, ya 5 nəfər nə ilə məşğul olursa, buna görə bütün Gömrük Komitəsinə ləkə atmaq lazım deyil axı... İndi işdir, olub. İstintaq araşdırmaları aparılır”.
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Aqil Abbas Dövlət Gömrük Komitəsində DTX tərəfindən keçirilən əməliyyat barədə danışarkən deyib.