İyunun 23-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti TÜRK PA-nın XI Plenar sessiyasında iştirak etmək üçün Qırğız Respublikasının Çolpon-Ata şəhərinə səfərə gedib.
Pravda.az-ınməlumatına görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, deputatlardan Hikmət Məmmədov, Məlahət İbrahimqızı, Ağalar Vəliyev, Cavanşir Feyziyev, Nizami Cəfərov, Sədaqət Vəliyeva, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.