Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Türkiyə səfirliyinin iştirakı ilə baş verən yol qəzasının təfərrüatı

1 490
Paylaş:
Türkiyə səfirliyinin iştirakı ilə baş verən yol qəzasının təfərrüatı

Bakının Nərimanov rayonunda baş verən avtomobil qəzasının təfərrüatı məlum olub.

Hadisə şahidlərinin Pravda.az-a verdiyi məlumata görə, Türkiyə səfirliyinə məxsus “KİA” markalı, 001-D-030 qeydiyyat nişanlı avtomobil Abdullayev Azər Yaqub oğlunun idarə etdiyi 10-NC-758 qeydiyyat nişanlı “Honda İnsight” markalı taksini dairəvi yolda vurub. Taksidə olan sərnişin yüngül xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.

Məlum olub ki, səfirliyin avtomobilinin sürücüsü qadındır və etibarnaməsi yoxdur.

Hadisə yerinə yol polisi əməkdaşları gəliblər.

Tərəflər qəzanın fəsadlarının aradan qaldırılması ilə bağlı razılıq əldə ediblər.

Həmid

Paylaş:

Ən son xəbərlər