Ermənistana turist kimi gələn çinli Lei Manna İrəvanda polis əməkdaşı tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib.
Çin vətəndaşı bildirib ki, polis əməkdaşı ona qarşı əxlaqsız hərəkətlər edib. Hadisə iyunun 2-də baş verib. Belə ki, həmin gün qaldığı otel kirayə üçün verdiyi artıq pulun qalığını qadına qaytarmayıb. Lei Manna bu səbəbdən polisə müraciət edib. Polis əməkdaşları gələndə o, otelin xaricində dayanıb. Onlardan biri turistə qarşı əxlaqsız hərəkətlər edib.