“Son vaxtlar Ermənstanın da deputatları icazəsiz Xankəndiyə səfərlər edir, gərginlik yaradır, imzalanmış müqavilələrin şərtlərinə əməl etmirlər. Cənab Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul etdi və bununla bağlı fikirlərini səsləndirdi. Prezident mövqeyini ortaya qoyaraq bildirdi ki, Ermənistan hüquqi cəhətdən imzaladığı sənədlərə əməl etməlidir. Bunlar hamısı bəzi qüvvələr tərəfindən ortaya atılan ürəkbulandırıcı məsələlərdir. Aleksandr Lapşin Azərbaycanda olanda dəfələrlə üzr istədi, etiraf etdi ki, bir daha belə addım atmayacaq. Lakin qayıdandan sonra yenidən bəyanatlar verdi. İndi də yenə erməni lobbisinin təsiri ilə belə əməllər həyata keçirir. Lapşin bununla ara qarışdırmaq fikrində olanların dəyirmanına su tökür”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.