“Ötən gün Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların rəhbərləri, politoloqlar, jurnalistlərlə birgə işğaldan azad olunmuş ərazilərə getdik, mütəlif məkanları ziyarət etdik. Proqram çərçivəsində Zəngilan rayonunda Həkəri çayına körpə balıqların buraxılması ilə bağlı epizod da oldu. Buna niyə kimsə irad bildirməlidir? Hər kəsə məlumdur ki, Həkəri çayı, Oxçuçay və digər çaylarımızı illərdir ermənilər ekoloji baxımdan zəhərləyirlər. Bu çaylardakı balıq növləri, demək olar, yox olub. Çaya buraxılan balıqlar Azərbaycanın nadir balıq növlərindən olan xallı qızıl balıqlar və xallı farellər idi. Bu balıqların çaya buraxılmalarının simvolik mənası odur ki, çaylarımıza, meşələrimizə, torpaqlarımıza sahib çıxıb, onları bərpa edirik”.
Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.