Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.
Pravda.az xəbər verir ki, sərəncama əsasən, Müdafiə Nazirliyinin “general-leytenant” hərbi rütbəsi ilə təltif olunan hərbi qulluqçuları barədə məlumatı təqdim edir.
General-leytenant rütbəsi ilə təltif edilənlərdən biri general-mayor Zakir Samiddin oğlu Ağayevdir. O, Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsində çalışır. General-mayor rütbəsini 2017-ci ildə alıb. 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
General-leytenant rütbəsi ilə təltif edilənlərdən biri isə general-mayor Azər Əli oğlu Əliyevdir. O, Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2021-ci ildə Hərbi Akademiya rəisinin tədris üzrə müavini vəzifəsindən azad edilərək Əməliyyat Baş İdarəsinin rəisi təyin edilib. General-mayor rütbəsini 2017-ci ildə alıb. 2016-cı ildə Prezidentin sərənacamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Aytəkin Qardaşova