Türkiyənin Bursa şəhərinin Orhanqazi rayonunda magistral yolda yerləşən əyləncə məkanında silahlı insident yaşanıb.
Hadisə gecə saat 03:30 radələrində Orhanqazidə magistral yolda yerləşən əyləncə mərkəzinin qarşısında baş verib. Əldə edilən məlumata görə, məkana əylənmək üçün gələn 3 nəfər bir müddət əyləndikdən sonra çölə çıxıb. Çöldə başqa bir qrupla etdikləri mübahisə tezliklə davaya çevrilib. Hadisədən sonra 3 nəfər məkanı tərk edib.
İnsident barədə xəbər alan polis qrupları hadisə yerinə gələrkən mübahisə edən şəxslərdən biri əlindəki tüfənglə yolun qarşı tərəfindən əyləncə məkanına doğru atəş açıb.
Nəticədə biri polis olmaqla 6 nəfər yaralanıb.