BURADA REKLAMINIZ OLA
BİLƏR

Kiyevə raket hücumu olub: insanlar dağıntılar altında qalıb

Rusiya ordusunun Kiyevə hücumları nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib.

 

Pravda.az xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko Telegram səhifəsində məlumat verib.

 

Məlumata görə, raketinin düşdüyü evin dağıntıları altında insanlar qalıb.

 

O bildirib ki, xilasedicilər və həkimlər hadisə yerində işlərini davam etdirirlər. Artıq xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti qənaətbəxşdir.

 

"Dostlar! Raketin düşdüyü Şevçenkovski rayonunda yaşayış binasında axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altında insanlar var. Sakinlərdən bəziləri təxliyə edilib, iki zərərçəkən xəstəxanaya yerləşdirilib” deyə Kliçko bildirib.

 

O əlavə edib ki, xilasedicilər bir uşağı dağıntılar altından çıxara biliblər:

 

"Şevçenko rayonunda yaşayış binasının dağıntıları altından yeddi yaşlı qız çıxarılıb. O, sağdır. Hazırda anası xilas edilir".

 

APA

Tarix: 26 İyun 2022, 10:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin