Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Ermənilər azərbaycanlılara qarşı növbəti təxribata hazırlaşır

968
Paylaş:
Ermənilər azərbaycanlılara qarşı növbəti təxribata hazırlaşır

Ermənilər Rusiyada Azərbaycana qarşı növbəti dəfə təxribata hazırlaşırlar.

Pravda.az-ın xəbərinə görə, Rusiya paytaxtında Dağlıq Qarabağda 90-cı illərdə gedən müharibədən bəhs edən, rusiyalı telejurnalist Svetlana Kulçitskayanın “Qayıdış” adlı sənədli filminin təqdimatı planlaşdırılır.

Martın 11-də Vasilyevskaya küçəsində yerləşən Kino Evində keçirilməsi nəzərdə tutulan sənədli film Ermənistan Respublikasının maliyyə dəstəyi ilə çəkilib.

Filmdə tarixi Azərbaycan əraziləri Şərqi Ermənistan adı altında göstərilir. Dağlıq Qarabağda ermənilərin 90-cı illərdə müharibə zamanı ordusuz, blokada şəraitində öz "müstəqilliyi" və "azadlığı" uğrunda mübarizə aparmasından bəhs edilir.

Qeyd edək ki, bu ilin yanvarın 26-da da Rusiyadakı erməni diasporu Moskvadakı “Pobeda” kinoteatrında Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olan “Sehrli ölkə-Aran” adlı filmi nümayiş etdirməyə cəhd edib. Lakin Moskvadakı Azərbaycan İcmasının Moskva hökumətinə müraciətindən sonra filmin nümayişi təxirə salınıb.APA

Paylaş:

Ən son xəbərlər