Bakının Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yaşıllıq ərazi məhv edilir.
Pravda.az-ın xəbərinə görə, böyük meydançada qazıntı işləri aparılıb, beton tökülüb.
Sakinlər bildirib ki, ərazidə çoxmənzilli yaşayış binası inşa edilir. Onların ehtimalına görə, binanı “Kristal Abşeron” tikinti şirkəti tikir.