Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

YAP-ın İdarə Heyətinin üzvü: “Şəxsi zəminində baş vermiş qətl hadisəsinə siyasi don geyindirmək düzgün deyil”

1 471
Paylaş:
YAP-ın İdarə Heyətinin üzvü: “Şəxsi zəminində baş vermiş qətl hadisəsinə siyasi don geyindirmək düzgün deyil”

“Bu gün dövlətimizin qazandığı uğurlara kölgə salmaq istəyən qüvvələr mövcuddur. Bu baxımdan Azərbaycan Xalq Cəbhəsi Partiyası da radikal mövqedə dayanaraq dövlətin siyasətinə zidd addımlar atır. Amma bu, o demək deyil ki, dövlət tərəfindən AXCP-nin hər hansı üzvünə qarşı qətl hadisəsi törədilsin və ümumiyyətlə, ona qarşı hansısa haqsızlıq edilsin. Belə bir şey dövlətimizin siyasətində yoxdur. Dövlət başçımızın siyasəti belə deyil”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Azər Badamov deyib.

Deputat qeyd edib ki, Azərbaycanda insanlar üçün siyasi baxışlarına görə sərbəst fəaliyyət imkanı yaradılmışdır: “Ölkədə söz, eləcə də hər bir vətəndaşın özünü ifadəetmə azadlğı var. Yəni mənsub olduğu siyasi partiyanın xəttinə görə kiməsə qarşı təhdid halı ölkəmizdə mövcud deyil. Bu səbəbdən də şəxsi zəminində baş vermiş hər hansı qətl hadisəsinə siyasi don geyindirmək cəhdlərini dövlət siyasətinə kölgə salmaq istəyənlərin növbəti addımı olduğunu düşünürəm. Hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılacaq, qətlin səbəbi öyrəniləcək və səbəbkar cəzasını alacaq. Bunun siyasi motivli hadisə olduğunu iddia etmək əsassız və düzgün olmayan hərəkətdir”.

Leyla Yusubova

Paylaş:

Ən son xəbərlər