ABŞ-ın Texas ştatının San Antonio şəhərində miqrantların olduğu yük maşınında 46 nəfərin meyiti aşkarlanıb.
Miqrant olduğu bildirilən 46 nəfər sürücünün tərk etdiyi yük maşınında ölü tapılıb.
Yük maşınında halsız vəziyyətdə olan daha 16 nəfər xəstəxanalara aparılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım maşınları cəlb edilib.