Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Şahbaz Xuduoğlu: “Eldar Əzizov küçə və meydanlarda kitab satışına imkan vermir”

1 018
Paylaş:
Şahbaz Xuduoğlu: “Eldar Əzizov küçə və meydanlarda kitab satışına imkan vermir”

“Təəssüf ki, Bakı Şəhər İcra Hakimiyyəti müraciətlərimizə baxmır. Məktubla müraciət etsəm də, cavab məktubu göndərirlər ki, küçələrdə kitab sərgisinin keçirilməsinə etiraz edirik. Guya əhalinin sıx yığılmasını məqbul hesab etmirlər. Necə olur ki, “Formula 1” yarışı keçirilir, əhali sıx toplaşır... Necə olur ki, “Fəvvarələr meydanı”nda müxtəlif cür sərgilər keçirilir, ancaq bu meydanlar kitabın üzünə bağlıdır? Səbəb nədir? İkili standart kimə lazımdır? Necə olur bəs “Molokan” bağında (indiki “Xaqani” bağı) uşaqlar üçün oyunlar təşkil edirlər, ancaq kitab sərgisinin keçirilməsi qadağandır? Məncə, bu, Bakı şəhər merinin şəxsi münasibətindən qaynaqlanır. Biz buna qarşıyıq. Çünki Eldar Əzizov Sumqayıtda icra başçısı olanda da kitab sərgisinin keçirilməsinə nail ola bilməmişdik. İndi də Bakıya gəldi, gəldiyi gündən küçələrdə, parklarda kitab sərgisi keçirilməsinə icazə vermir. Deyir “sərgi olmaz”. Kitab sərgisi niyə olmasın ki? Kitab sərgisi gəncləri cəlb edir, həvəslərini artırır. Qanunsuz işlər, pis vərdişlər qazanmaq əvəzinə, gənclər kitabla özlərinə faydalı məşğuliyyət tapırlar”.

Bu sözləri Pravda.az-a “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu kitab satışı əvəzinə, insanların sıx olduğu ərazilərdə “Poz, qazan” ani loterayalarının satışına şərait yaradılması barədə danışarkən deyib.

O bildirib ki, şəhər sakinlərə aid olmalı, hər məhəllə öz mühitini yaratmalıdır: “İnanmıram ki, Bakı əhalisi küçələrdə kitab satılmasına etiraz etsin. Onlar istəyirlər ki, Bakı küçələrində, parklarında həm də kitab sərgiləri olsun. Bu, dünyanın hər yerində var. Təəssüf ki, Bakıda mərkəzi yerlərdə, məsələn, “Fəvvarələr meydanı”nda bunu edə bilmirik. Mirzə Ələkbər Sabirin, Nizami Gəncəvinin heykəlinin ətrafında da kitab sərgisi keçirmək mümkün deyil. Şairlərə heykəl qoyulub, ancaq onların kitabları cammat üçün qadağandır? Bunu da Bakı Meriyası edir. Bu heykəllər əvvəlki dövrlərdə qoyulub. Müasir dövrdə heç şairlərin heykəlinə rast gəlmirik. Kitab sərgisi elə şairlərin heykəllərinin ətrafında olmalıdır axı... Kitablar parklarda heç bir ticarət faizi olmadan satılır. Ticarət faizi yoxdursa, satış çox sərfəli qiymətə olur və gənclərimiz bundan faydalana bilərlər. Ticarətin hər hansı növünün küçələrdə, meydanlarda keçirilməsinə etiraz etmirəm. Ticarət olmasa, xalq, aşağı təbəqə yaşaya bilməz. Heç olmasa, həftədə bir dəfə, şənbə-bazar günləri xalqa meydanlarda, açıq havada şərait yaratmaq lazımdır ki, kimin nəyi varsa, məsələn, kitablar, oyuncaqlar... gəlib satsın. Bütün böyük şəhərlər belə edirlər. Aşağı təbəqəni mütləq nəzərə almaq lazımdır. Əhalinin sıxlıq təşkil etdiyi ərazilərdə “Poz, qazan” kimi lotareyalar da satılır. Satırlarsa, satsınlar. Buna heç bir etirazım yoxdur. Niyə kitab satılmır? Mən bunu bilmək istəyirəm...”

Aytəkin Qardaşova 

Paylaş:

Ən son xəbərlər