“Ünvanıma səsləndirilən bütün ittihamlar yalandır. Məhəbbət Vəliyeva təhsil nazirinin müavini olub sonra da bu vəzifədən gedib. Ümumiyyətlə, ofisini tanımıram və bilmirəm ki, o, haradadır... Heç bilmirəm, ofisi var, ya yoxdur. Yəni bunların hamısı mənasız şər və böhtandır. Guya onun ofisinə getsəm, nə olacaq, getməsəm, nə olacaq... Tanımıram… Harada işlədiyini də bilmirəm. Mətanət Qarayeva (İntihara cəhd edən məktəb direktorunu nəzərdə tutur-red) ilə bağlı məsələyə gəldikdə isə prokurorluq araşdırır və qısa zamanda qərarlar hüquqi qüvvəyə mindikdən sonra hamı üçün aydın olacaq. Müəllimə xaricdə ola-ola ona dərs yazılıb. Biz onun ölkədən giriş-çıxışının yoxlanılması üçün müvafiq dövlət qurumuna sorğu göndərmişik və cavab gəlib ki, ölkədən çıxıb, amma qayıtmayıb. Əlimizdə fakt ola-ola bizə deyir ki, şər-böhtan atırsınız. Onun digər məsələlərə necə reaksiya verdiyini fikirləşin…”
Bunu Pravda.az-a açıqlamasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev deyib.