Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

"Azərbaycan dövləti var gücü ilə “Böyük qayıdış” prosesini sürətləndirməyə çalışır" - RƏY

716
Paylaş:
"Azərbaycan dövləti var gücü ilə “Böyük qayıdış” prosesini sürətləndirməyə çalışır" -     RƏY

“Ölkə başçısının Kəlbəcərə səfər etməsi və burada yeni yaradılan komando birlikləri ilə birgə 26 iyun Silahlı Qüvvələr Gününü qeyd etməsi Ali Baş Komandanın ordumuza olan xüsusi diqqətinin göstəricisidir. Prezidentin Kəlbəcərə növbəti səfərinin məhz bu bayrama təsadüf etməsi rəmzi məna daşıyır. Hazırda Kəlbəcərdə böyük quruculuq işləri gedir. Burada ölkə başçısı tərəfindən İstisu istirahət mərkəzinin əsası qoyulub. İstisu istirahət mərkəzi sovet dövründə məşhur obyektlərdən biri idi. Respublikanın müxtəlif bölgələrindən, eləcə də digər ölkələrdən bura insan axını olurdu. Bu baxımdan da hesab edirəm ki, müalicəvi kompleks yenidən bərpa olunub, əvvəlki şöhrətinə qovuşacaq. Bu isə öz növbəsində Qarabağın turizm kapitalının artmasına səbəb olan başlıca amillərdən biri olacaq. Bu mərkəzin yaxınlığında İstisu zavodunun da təməli atılıb. Bu zavod fəaliyyətə başladıqdan sonra isə dövlətimiz artıq buradakı müalicəvi suyu ixrac edə biləcək.”

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, hazırda Kəlbəcərdə 10-a yaxın tunel inşa olunur və onlar birbaşa hərbi və müdafiə məqsədləri üçün istifadə oluna, eyni zamanda Murovdağından gediş-gəlişi daha da asanlaşdıra biləcəklər: “Ermənistanla sərhədboyu ərazilərdə güclü müdafiə kompleksləri yaradılır. Doğrudur, müharibə artıq bitib və bizi qarşıda sülh yolu gözləyir, ancaq Ali Baş Komandanın göstərişi ilə yaradılan hərbi obyektlər Azərbaycan ordusunun daha da güclənməsinə və torpaqlarımızın müdafiəsinə xidmət edir. Onu da əlavə etmək lazımdır ki, işğaldan azad olunan digər şəhərlər kimi Kəlbəcərdə də işğal və zəfər muzeyləri yaradılır. Ağdamda da hazırda bu muzeylərin tikintisi gedir. Bütün bu quruculuq işlərinin məqsədi illərlə doğma yurdlarından didərgin düşmüş insanların ata-baba torpaqlarına geri dönərək orada rahat və firavan həyat sürməsidir. Torpaqlarımız işğaldan azad olunandan sonra dövlətimiz var gücüylə “Böyük qayıdış” prosesini sürətləndirməyə çalışır. Cənab Prezident Kəlbəcərdə, həmçinin Rəqəmsal İdarəetmə Mərkəzinin də təməlini qoyub. Bu mərkəz isə öz növbəsində Kəlbəcər rayonu ərazisində xüsusi dövlət əhəmiyyətli obyektlərin və hərbi hissələrin elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq. Kəlbəcər və Laçının çətin relyefə malik olması məlumdur, ancaq buna baxmayaraq bu dağlıq rayonlarda ən müasir elektrik şəbəkələri və yol infrastrukturları qurulur.”

Leyla Yusubova

Paylaş:

Ən son xəbərlər