“Azərbaycanın müstəqilliyini gözü götürməyənlərin, təbii ki, şansı yoxdur. Suverenliyimiz dönməzdir, qoy düşmənlər bunu bilsinlər. "Kərimə dövləti" mənasız və məntiqsiz bir yanaşmadır. Bunu deyənlərin və dəstəkləyənlərin özləri və ətrafları islam dəyərlərindən uzaq kəslərdir. Bu məsələlər araşdırılsa, onların özlərinin islam dəyərlərinə əməl etmədikləri aşkara çıxar”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.