Şəki Apellyasiya Məhkəməsində Ağdaş rayonunda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Samir Məmişovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, S.Məmişovun barəsində Cinayət Məcəlləsinin 70-ci (Şərti) maddəsinə uyğun olaraq, 2 il sınaq müddəti ilə şərti olaraq tətbiq edilib. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclası zalından həbsdən azad olunub.
Qeyd: Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, S.Məmişov 3 il müddətinə azadlıqdan məhrum edilib o, məhkəmə iclas zalında həbs olunub.
Hadisə 2021-ci il sentyabrın 1-də Ağdaş rayonunun Qaradeyin kəndində yerləşən qəbiristanlığın yaxınlığında qeydə alınıb.