Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Milli Məclisin sabah keçiriləcək ilk iclasının gündəliyi açıqlandı - SİYAHI

1 543
Paylaş:
Milli Məclisin sabah keçiriləcək ilk iclasının gündəliyi açıqlandı -   SİYAHI

VI çağırış Milli Məclisin ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı gözlənilir.

Pravda.az-ın xəbərinə görə, iclasda Milli  Məclisin Hesablayıcı komissiyası təşkil ediləcək, parlamentə sədr seçiləcək.

Deputat Oqtay Əsədovun növbəti dəfə də sədr olacağı ehtimal edilir.

Daha sonra spikerin I müavini və müavinləri, o cümlədən parlamentin komitələrinə sədrlər seçiləcək.

İlk iclasda Azərbaycan Respublikası Prezident Administrasiyasının (PA) rəhbəri Samir Nuriyevin, PA-nın Ərazi təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin, Konstitusiya Məhkəməsi sədrinin, sədrin müavininin və hakimlərinin, Mərkəzi Seçki Komissiyasının sədrinin, sədr müavininin, katiblərinin, üzvlərinin iştirakı nəzərdə tutulur.

Kənan

Paylaş:

Ən son xəbərlər