Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

“AvtoVAZ”ın işçiləri avtomobil əvəzinə silah yığacaqlar

1 000
Paylaş:
“AvtoVAZ”ın işçiləri avtomobil əvəzinə silah yığacaqlar

“Lada İjevsk” avtomobil zavodu işçilərinin bir hissəsini “Kalaşnikov” konserninin tərkibinə daxil olan İjevsk Mexanika Zavoduna köçürülüb.

Söhbət artıq müvəqqəti işlə təmin olunmaq üçün müraciət etmiş 80 əməkdaşdan gedir. Bildirilir ki, “AvtoVAZ” komponentlərin olmaması səbəbindən dayanma müddətini belə kompensasiya edəcək.

Məlumata görə, bu addım sanksiyalar və komponentlərin çatışmazlığı fonunda “müəssisənin kadr potensialının qorunması” və “ləyaqətli əmək haqqının təmin edilməsi” tədbirləri çərçivəsində həyata keçirilib.

Hazırda “AvtoVAZ” əməkdaşlarının konkret nə ilə məşğul olacağı bəlli deyil. “Kalaşnikov”da onlar ancaq dövlət müdafiə sənayesi sifarişinin yerinə yetirilməsinə kömək edə biləcəklər.

Oxu.az

Paylaş:

Ən son xəbərlər