Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Həyat fəaliyyətinin 7 kateqoriya üzrə məhdudlaşma faizləri müəyyən olunacaq

874
Paylaş:
Həyat fəaliyyətinin 7 kateqoriya üzrə məhdudlaşma faizləri müəyyən olunacaq

Azərbaycanda əlillik sahəsində qabaqcıl dünya təcrübəsinə uyğun fundamental islahat olan yeni “Əlilliyin müəyyən olunması meyarları” iyulun 1-dən qüvvəyə minəcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Həmin vaxtdan əlilliyinin qiymətləndirilməsi insanın həyat fəaliyyətinin 7 əsas kateqoriya (özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə, əmək fəaliyyəti) üzrə məhdudlaşma faizlərinin müəyyən olunması əsasında həyata keçiriləcək.

15 yaşına çatmamış uşaqlar əmək fəaliyyətinə cəlb edilmədiyi üçün onlarda əmək fəaliyyəti bacarığı qiymətləndirilməyəcək.

Paylaş:

Ən son xəbərlər