Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Adil Əliyev Mozambik parlamentinin deputatı ilə görüşdü

742
Paylaş:
Adil Əliyev Mozambik parlamentinin deputatı ilə görüşdü

“Mozambik parlamentinin deputatı Telmina Manuel Paixao Pinho Pereira ilə görüşərək, ölkələrimiz arasındakı ikitərəfli əlaqələri müzakirə etdik”.

Pravda.az-ın xəbər verir ki, bu barədə Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

“Xanım Telminaya Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı tarixi torpaqlarımızda apardıqları dağıntılar, məhv etdiyi abidələr, 1 milyondan artıq vətəndaşlarımızın yurd-yuvalarını tərk etmələri barədə geniş məlumat verdim. Həmçinin, Azərbaycanın təkcə regionda deyil, dünyada söz sahibi olmasına diqqət çəkərək, Prezident İlham Əliyev tərəfindən irəli sürülən və dünyada yekdilliklə qəbul edilən təşəbbüslərdən bəhs etdim. Bu təşəbbüslərdən biri olaraq da 2021-ci ilin 28 noyabrında Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin təsis edilməsini bildirdim. Qeyd edim ki, sabah ölkəmiz “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr edilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransına ev sahibliyi edəcək” – A.Əliyev qeyd edib.

Paylaş:

Ən son xəbərlər