Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Cavid Osmanov: “Anti-milli qüvvələr türk dövlətlərinin möhkəmlənməsindən narahat olurlar”

904
Paylaş:
Cavid Osmanov: “Anti-milli qüvvələr türk dövlətlərinin möhkəmlənməsindən narahat olurlar”

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizə bəslənilən hörmət, göstərilən etimad gündən-günə artmaqdadır. Azərbaycan dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrilib. Cənab Prezident türk dövlətlərinin birliyinin daha da möhkəmlənməsi, əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində mühüm siyasət yürüdür. Yeni nəqliyyat dəhlizlərinin açılmasında, böyük layihələrin birgə həyata keçirilməsində, türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrin inkişafında böyük xidmətlər göstərilir. 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi zəfərdən sonra Azərbaycan təkcə öz torpaqlarını işğaldan azad etmədi, eyni zamanda Türk Dünyasının başını uca etdi”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, bu yaxınlarda qardaş Özbəkistana səfər çərçivəsində Müzəffər Ali Baş Komnadan, Prezident İlham Əliyevə necə böyük hörmətlə yanaşıldığının şahidi olduq: “İki günlük səfər çərçivəsində cənab Prezidentə qarşı necə səmimi və böyük hörmət nümayiş olundu. O cümlədən Türkmənistanda cənab İlham Əliyevə göstərilən münasibət bir daha onun ən böyük liderlərdən biri olduğunu açıq-aşkar göstərdi. Qardaş Türkiyə ilə birgə Azərbaycan bölgədə, eyni zamanda türk dövlətlərinin möhkəmlənməsində lokomotiv rol oynayır. Bəzi dairələr bundan ciddi narahat olurlar. Xüsusən Azərbaycana qənim kəsilmiş, ermənipərəst qüvvələr, erməni lobbisi və onların əlaltısı olan daxilimizdəki düşmənlər çox ciddi narahatdırlar, Azərbaycanın artan nüfuzunu həzm edə bilmirlər. Öz əlaltıları vasitəsilə istər ölkəmizdə, istər xaricdə yaşayan “beşinci kolon” nümayəndələri, mühacirlər vasitəsilə çalışırlar ki, müxtəlif formada Azərbaycanın Türk Dünyasının möhkəmlənməsində atdığı uğurlu addımlara kölgə salsınlar. Əlbəttə, hər zaman olduğu kimi, onların bu cəhdləri də iflasa uğrayır. Onlar ermənipərəst dairələrə, erməni lobbisinə xidmət etdiklərini açıq şəkildə göstərirlər. Bu da xalqımız tərəfindən çox böyük nifrətlə qarşılanır”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər