BURADA REKLAMINIZ OLA
BİLƏR

12-ci mərtəbədən yıxılan uşağı havada tutan kişinin qolları sındı - VİDEO

Rusiyanın Yakutsk şəhərində yoldan keçən şəxs 12-ci mərtəbənin pəncərəsindən yıxılan beş yaşlı uşağı tutub.

 

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

 

Hadisə şahidlərinin sözlərinə görə, uşaq bir müddət asılı qalıb. Yoldan keçənlər  həmin müddətdə cəld adyal tapa biliblər, amma tuta bilməyiblər. Uşaq qollarını onu tutmaq üçün uzadan kişinin üstünə düşüb.

 

Kişinin hər iki qolu sınıb.

 

Məlumata görə, kişi və uşaq xəstəxanaya yerləşdiriliblər.

 

Oxu.az

 

 

Tarix: 1 İyul 2022, 10:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin