Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Milli Məclisin yeni tərkibdə ilk iclasında Prezident də iştirak edir

1 029
Paylaş:
Milli Məclisin yeni tərkibdə ilk iclasında Prezident də iştirak edir

Milli Məclisin yeni tərkibdə ilk iclası başlayıb.

Pravda.az-ın xəbərinə görə, iclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.

iclasdan əvvəl Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputat vəsiqələrini təqdim edib.

İclasda Dövlət Himni səsləndirilib.

İclas Milli Məclisin ən yaşlı deputatı Fəttah Heydərovun sədrliyi ilə keçirilir. Fəttah Heydərov Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub. İclasda sədrlik edənin təklifi ilə hesablayıcı komissiya seçilib.

İclasda təşkilatı məsələlərə baxılır.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Milli Məclisin Spikeri postuna Sahibə Qafarovanın namizədliyi irəli sürülüb. YAP-ın Milli Məclis sədrinin müavini postuna namizədi Əli Hüseynlidir.

Milli Məclisdə bitərəf deputatların Milli Məclis Sədrinin müavini postuna namizədi isə Adil Əliyevdir.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.APA

Paylaş:

Ən son xəbərlər