Tərəflər Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəliblər və bununla bağlı lazımi prosesin başlanmasına qərar veriblər.
Bu barədə Türkiyə Xarixi İşlər Nazirliyinin Türkiyə və Ermənistan arasında Normallaşma Prosesi üzrə xüsusi nümayəndələri, səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında Vyanada keçirilən dördüncü görüşünə dair bəyanatında deyilir.