Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Fəttah Heydərovun səhhətində problem yarandı

1 496
Paylaş:
Fəttah Heydərovun səhhətində problem yarandı

Prezident İlham Əliyevin iştirak etdiyi yeni çağırış Milli Məclisin ilk iclasını deputat Ziyad Səmədzadə aparır.

Pravda.az-ın xəbərinə görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yeni çağırış parlamentin ilk iclasını ən qocaman deputat açır.

Qeyd edək ki, parlamentin ən qocaman deputatı Fəttah Heydərovdur. Onun 82 yaşı var. Ziyad Səmədzadənin isə 80 yaşı var.

Məlumata görə, F.Heydərov səhhətində yaranan problem səbəbindən Milli Məclisin iclasına qatılmayıb. Buna görə də, iclasa sədrlik etmək Z.Səmədzadəyə həvalə olunub.Oxu.az

Paylaş:

Ən son xəbərlər