İyunun sonlarında koronavirusa yoluxanların sayı həmin ayın əvvəli ilə müqayisədə 3-5 dəfə artıb. Davam edən bu tendensiya insanlar arasında narahatlıq yaradıb.
Mövzuya münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, ''omikron'' koronavirusun sonuncu ştamı deyil və hər an yeni mutasiyalar meydana çıxa bilər. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı hələlik pandemiyanın sonu barəsində danışmır. O ki qaldı son günlər koronavirusa yoluxanların sayının artmasına, Adil Qeybulla bildirib ki, bənzər proses bütün dünyada müşahidə edilir.
Onun fikrincə, artım bu templə davam edərsə, sentyabrda vəziyyət kritik həddə çata bilər.