Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri başlayıb.
QH Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçılarının Qarabağa səfəri başlayıb
Pravda.az xəbər verir ki, əvvəlcə Füzuli rayonuna gələn nümayəndə heyəti Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub, erməni işğalından azad edilən Füzuli şəhərində dağıntılara baxıblar.
Nümayəndə heyəti Füzulidən sonra Şuşaya yola düşüb.