Mağazalarda şəkər tozu qıtlığı yaranıb. Qiymətin yenidən artırılacağı, bu səbəbdən marketlərdən yığışdırıldığı iddia olunur.
Pravda.az-ın əməkdaşı iddiaların doğru olub-olmadığını öyrənmək üçün bir neçə mağazaya baş çəkib. Bakının Xətai rayonundakı bir neçə marketdə belə halın yaşandığı məlum olub. Satıcılar bildirib ki, anbarda şəkər tozu tükənib.
Marketlərdə şəkər tozu yoxa çıxdı, qiymətlər artacaq?
“Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr departamentindən bildirilib ki, məsələ ilə bağlı növbəti həftə açıqlama verilə bilər.
Aytəkin Qardaşova