BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qazaxıstan bir qrup qaraqalpaqın etirazına dəstək versə...” - ŞƏRH

“Bildiyiniz kimi, Qaraqalpaqıstan Muxtar Respublikasının paytaxtı Nukus şəhərində Konstitusiya dəyişikliyinə etiraz mitinqi keçirilib. Özbəkistanın Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda bir qrup etirazçının Nukusda dövlət orqanlarını ələ keçirməyə cəhd etdiyi bildirilib. Bu işin arxasında hansı dövlət və ya mərkəzlər dayanır? Rusiya mediası qabaqdangəlmişlik edərək ABŞ-a bağlı qeyri-hökumət təşkilatlarının Özbəkistanı qarışdırmaq istədiklərini yazmağa başlayıblar. Ancaq Vaşinqton Özbəkistanı niyə qarışdırsın ki? Özbəkistan qarışarsa bunun Amerikaya nə faydası olacaq? Özbəkistanın müstəqil xarici və təhlükəsizlik siyasəti Vaşinqtonu deyil Kremli narahat edir. Məhz Rusiya mediasında yayımlanan yazılarda Qaraqalpaqsıtan “Özbəkistanın Krımı” kimi adlandırılır. Krımı ilhaq edən dövlət bəllidir”.

 

Pravda.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

“Qaraqalpaqıstan Muxtar Respublikasının Qazaxıstanla sərhədi mövcuddur və qaraqalpaq türkləri özbəklərlə yanaşı qazaxlara da yaxındırlar. Onu da nəzər almaq lazımdır ki, 1930-cu illərdə Qaraqalpaqıstan Qazaxıstanın tərkibində olub və Qazaxıstanda çalışan qaraqalpaq miqrantlar var. Ona görə də uzun illərdir tanıdığım qazax həmkarlarımdan birinə “Qazaxıstan bu hadisələrin harasındadır” sualı ilə müraciət etdim. Hadisələri yaxından izləyən qazax həmkarım dedi ki, Özbəkistanda qarışıqlıq Qazaxıstanın maraqlarına ziddir: “Birincisi, Qazaxıstan Özbəkistanla siyasi və iqtisadi əməkdaşlığını gücləndirmək istəyir. Qazaxıstan bir qrup qaraqalpaqın etirazına dəstək versə, Özbəkistanla avtomatik münasibətləri gərginləşdirəcək, bu isə Nursultanın maraqlarına cavab vermir. İkincisi, Qazaxıstan heç bir yerdə separatçılığı açıq və ya gizli dəstəkləyə bilməz, bu halda Rusiya Qazaxıstanın şimalında separatçılığı alovlandıracaq” – politoloq əlavə edib.

Tarix: 2 İyul 2022, 20:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin