Sabiq deputat Salahzadə Qalib Aslan oğlu, gəlini Salahzadə Xatirə Allahşükür qızı və həyat yoldaşı Salehzadə Zenfira Hacıbaba qızının Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğluna qarşı apellyasiya şikayətinin vaxtı məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası sentyabrın 6-na təyin edilib.
Şikayət hakim İlham Kərimlinin sədrliyi ilə araşdırılacaq.
Qeyd: Salahzadə Qalib Aslan oğlu, gəlini Salahzadə Xatirə Allahşükür qızı və həyat yoldaşı Salehzadə Zenfira Hacıbaba qızı İbrahimov Ağasif Şakir oğluna qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində yerləşən, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şossesi 1, 2 və 3 ünvanlarına münasibətdə cavabdeh partiya sədri tərəfindən şəxsi evlərinə istifadəyə yaradılmış maneənin aradan qaldırılmasına, şəxsi evlərinin və torpaq sahəsinin özlərinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edib.
İddia tələbi onun əsaslandırılıb ki, ötən ilin iyun ayında Salahzadə Qalib Aslan oğlu Sabunçu rayon İcra şöbəsinə dəvət olunub. 02.07.2021-ci il tarixli məktuba və onunla apanlan söhbətə görə Bakı Apellyasiya Məhkəməsinin 17.03.2010-cu il tarixli icra vərəqəsi üzrə icra tədbirləri: Salahzadə Qalib Aslan oğlunun 20.10.1995-ci il tarixli 2 №-li orderlə, keçmiş spiker Rəsul Quliyevin arvadı və digər ailə üzvlərinə məxsus Bakı şəhəri Bilgəh qəsəbəsində yerləşən 1926 saylı bağ sahəsindən 10.11.1995-ci il tarixli 9 №-li orderə əsasən Bağırova (Quliyeva) Xanım Rəsul qızına məxsus 1927 saylı bağ sahəsindən, 10.11.1995-ci il tarixli 20 №-li orderə əsasən Quliyev Pərvin Rəsul oğluna məxsus 1928 saylı bağ sahəsindən, 20.10.1995-ci il tarixli 20 №-li orderə əsasən Quliyeva Elmira Hüseynqulu qızına məxsus 1929 saylı bağ sahəsindən və 18.05.1995-ci il tarixli 2 №-li orderə əsasən Quliyev Ziya Rəsul oğluna məxsus 1931 saylı bağ sahəsindən çıxarılması, icra hərəkətlərinin 07.07.2021-ci il tarixdə yerinə yetirilməsi nəzərdə tutulub.