“Azərbaycan Qoşulmama Hərəkatında sədrlik etdiyi dövrdə faktiki olaraq müharibə aparıldı. Həmin dövrdə Qoşulmama Hərəkatının üzvü olan 8 ölkə rotasiya qaydasında BMT Təhlükəsizlik Şurasının üzvü idi. Müharibənin gedişatında Azərbaycan əleyhinə qətnamə qəbul edilməsi ilə bağl cəhdlər oldu. Təəssüflər olsun ki, bu cəhdlər də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri tərəfindən edilmişdi. Amma orada Böyük Britaniyanın xüsusi rolu ilə yanaşı, həmin 8 ölkə Azərbaycanın tərəfini, eyni zamanda Azərbaycanın timsalında haqqın yanında yer aldı. Azərbaycana qarşı hansısa qətnamə qəbulunun qarşısı alındı. Bu, çox böyük addımdır. Qoşulmama Hərəkatının üzvü olan ölkələr qeyd edirlər ki, Azərbaycanın təşkilata sədrlik etdiyi dönəm təşkilatın daha məhsuldar dövrü hesab edilir”.
Bunu Pravda.az-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.