Özbəkistan prezident Şavkat Mirziyoyev bölgədə baş verən iğtişaşlardan sonra Qaraqalpaqıstanın statusu ilə bağlı Konstitusiyaya dəyişiklik etməmək qərarına gəlib.
Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Konstitusiyaya əlavə və dəyişikliklərin müzakirəsi prosesinin hələ də davam etdiyini nəzərə alaraq, həmçinin Qaraqalpaqıstan sakinlərinin fikirlərinin öyrənilməsi əsasında prezident 70-ci maddələrin hazırkı mətnlərinin qorunub saxlanıldığını bildirib”,- deyə məlumatda bildirilib.
2021-ci ilin dekabrında, ikinci prezidentlik müddətinə seçildikdən bir ay sonra Mirziyoyev konstitusiyaya dəyişikliklər təklif edib.