Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

3 gün əvvəl dövlətə xəyanətə görə həbs edilən alim öldü

1 133
Paylaş:
3 gün əvvəl dövlətə xəyanətə görə həbs edilən alim öldü

Novosibirsk Dövlət Universitetinin (NSU) kvant optik texnologiyaları laboratoriyasının rəhbəri, alim Dmitri Kolker xərçəng xəstəliyindən vəfat edib.

Bu barədə “Mash Sibir” teleqram kanalı məlumat yayıb. Bildirilir ki, alim xərçəngin dördüncü mərhələsi üçün müalicə alırdı.

O, iyunun 30-da Kolker xəstəxanadan çıxarılaraq Moskvadakı Lefortovo istintaq təcridxanasına aparılıb. Bu gün yaxınlarına bildirilib ki, iyulun 2-də Dmitri Kolker xəstəxanada dünyasını dəyişib.

Bundan əvvəl Novosibirsk şəhərinin Sovet Rayon Məhkəməsi Dmitri Kolkeri dövlətə xəyanətdə ittiham edərək həbs edib. O, Çin kəşfiyyatına dövlətin məxfi məlumatlarını verməkdə ittiham olunub.

Qafqazinfo

Paylaş:

Ən son xəbərlər