Azad Azərbaycan telekanalında yayımlanan "Bizimləsən" layihəsi və aparıcı Zaur Baxşəliyevdən şikayət var.
Pravda.az “Azərbaycan Reallığı”na istinadən xəbər verir ki, şikayətçi Cəfərova Rəmziyyə adlı hərbçi xanımı olub. 4 övladı olduğunu, 2 uşağının isə ürək qüsurlu doğulduğunu bildirən çarəsiz ana sözügedən verilişə kömək üçün üz tutub. Ona uşaqlarının əməliyyatı üçün 75 min manat pul lazım olub.