Gürcüstanın paytaxtı Tbilisidə vətəndaş cəmiyyəti təşkilatlarının "Evə, Avropaya” şüarı ilə növbəti genişmiqyaslı aksiyası keçirilir.
Pravda.az xəbər verir ki, minlərlə vətəndaş parlament binasının qarşısına toplaşıb. "Utanc" hərəkatının təşkil etdiyi aksiyanın əsas tələbi Baş nazir İrakli Qaribaşvilinin istefası və milli razılıq hökumətinin qurulmasıdır. Aksiyaçılar gecə boyunca ərazini tərk etməyəcəklərini bildiriblər.