Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən mühəndis ixtisaslı zabit heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə təlim-metodiki toplanış keçirilib.
Bu barədə Pravda.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Toplanışda azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, yol infrastrukturunun inkişaf etdirilməsi üzrə Mühəndis Qoşunlarında görülən işlər və bu istiqamətdə digər tapşırıqların müvəffəqiyyətlə icra olunması üçün hərbi qulluqçuların üzərinə düşən vəzifələrdən danışılıb.