"Ölkədə şəkər tozu və digər ərzaq məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənməyən qiymətlərdir. Dövlətin borcudur ki, xaricdən mal gətirənlər, həmçinin istehsalçılar üçün rahat şərait yaratsın və ölkədə normal rəqabətli mühit olsun. “Azərsun” şəkər tozunun qiymətini artıracaqsa, bu məsələdə onun qarşısında duran heç bir əngəl, qanunvericilikdə bununla bağlı nəzərdə tutulan hər hansı bir məhdudiyyət yoxdur".
Bu sözləri Pravda.az-a iqtisadçı-ekspert Natiq Cəfərli şəkər tozu qıtlığı barədə danışarkən deyib.
