“Koronavirusla bağlı statistik məlumatlara nəzər salanda, qaydasında olduğunu görürük. Buna görə də rəqəmlərin fonunda yenidən hər hansı karantin rejiminin tətbiq olunmasını gözləmirəm. Bəzi ölkələrdə rəqəmlərin nisbətən artdığını görürük, amma gələcəkdə daha ciddi artım müşahidə olunarsa və Azərbaycanda da yenidən bu hal qeydə alınarsa, müəyyən məsələlərin qarşısını zamanında almaq üçün karantin rejimi tətbiq oluna bilər. Hazırda mövcud olan vəziyyətdə isə elə bir gözləntinin olmadığını görürük.”
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.