“Son vaxtlar Gürcüstanda mitinqlər baş verir. Dünən Gürcüstan parlamentinin binası qarşısında “Evə-Avropaya” adı altında keçirilən mitinqdə də, təxminən, etnik tərkibi müxtəlif olan 10-15 minə yaxın Gürcüstan vətəndaşı iştirak etmişdi. Hətta onların arasında azərbaycanlılar da var idi. Burda konkret olaraq hansısa partiya nümayəndələrindən söhbət getmir. Mitinqdə iştirak edənlər əsasən Qərbdən maliyyələşən bir sıra Qeyri Hökumət Təşkilatlarıdır. Burda, təbii ki, gənclər də təmsil olunur. Onların məram və məqsədləri məhz Gürcüstanın Avropaya daxil olmasıdır. Mitinqdə müxtəlif dövlət qurumlarının rəhbərlərinin istefası, bu istiqamətdə şüarlar səslənsə də, məlum məsələdir ki, Güsrcüstan hökuməti yerindədir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev deyib.