“Qiymətlərin qalxacağı gözlənilsə belə, şəkər tozunu mağazalardan yığışdırmaq və qiymət artımını gözləmək qanunsuz fəaliyyətdir. Bu məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tədbir görməlidir. Təbii ki, Azərbaycanda ən böyük tədarükçü olduğu üçün “Azərsun”un da buna reaksiyası önəmlidir. Ola bilsin, “Azərsun” özünün iqtisadi maraqları baxımından bunu hansısa formada “malalaya”, yaxud belə bir şey olmadığını deyə, digər bəhanələr gətirə bilər”.
Bu sözləri Pravda.az-a Ağ Partiyanın sədri Tural Abbaslı son günlər yaranan şəkər tozu qıtlığı barədə danışarkən deyib.