Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Futbol məşqçisi azadlığa buraxıldı

960
Paylaş:
Futbol məşqçisi azadlığa buraxıldı

Gürcüstanın Apellyasiya Məhkəməsi Tbilisi Şəhər Məhkəməsinin Azərbaycan vətəndaşı Qurban Əliyev haqqında ötən ilin oktyabrında çıxardığı 4 illik həbs barədə qərarını ləğv edib.

Bu barədə onun vəkili, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi Əli Bədirov bildirib.

Onun sözlərinə görə, yuxarı məhkəmə instansiyası heç bir yeni şahid dindirmədən müdafiə etdiyi şəxslə bağlı ittihamı əsassız hesab edib. Vəkil deyib ki, qəbul olunan qərar Q.Əliyevin şərləndiyini təsdiqləyib.

Qeyd edək ki, Q.Əliyev yeniyetmələrdən ibarət “Marneuli” futbol komandasının məşqçisidir. O, 2019-cu ildə seksual xarakterli zorakılıqda ittiham edilib.

Paylaş:

Ən son xəbərlər