BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatlar Qurban bayramını necə keçirəcəklər? - SORĞU

İyulun 9 və 10-da Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Həmin tarix şənbə və bazar günlərinə təsadüf etdiyindən ayın 11 və 12-də də qeyri-iş günü olacaq.

 

Milli Məclisin deputatları bayramı harada və necə qeyd edəcəklər?

 

Deputat Aqil Məmmədov Pravda.az-a bildirib ki, hazırda Bakıdadır, müalicə alır, elə bayram günlərində də Bakıda olmağı planlaşdırır:

“Çalışacağam ki, Qurban bayramında şəhid ailələrinin, eləcə də qazilərin yanında olum və kasıb ailələrlə görüşüm”.

 

Deputat Müşfiq Cəfərov bildirib ki, o, bütün bayramları ailəsi ilə keçirməyi üstün tutur:

“Düzdür, hazırda Bakıdayam, ailəm isə Gəncədədir. Ancaq bayram günlərində Gəncədə ailəmlə birgə olacağam.” 

 

Deputat Cavanşir Paşazadə qeyd edib ki, Milli Məclisin iclasları hələ bitmədiyi üçün rayona gedə bilmir və buna görə də Qurban bayramını ailəsi ilə birgə Bakıda keçirəcək:

“Fürsətdən istifadə edib qarşıdan gələn Qurban bayramı münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Bu torpaqlarımızın işğaldan azad olunmasında sonra keçirdiyimiz ikinci Qurban bayramıdır. Allah şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı versin. Ali Baş Komandanın rəhbərliyi ilə biz bayramlarımızı qələbə ruhu ilə qeyd edirik”.

 

Bayram münasibətilə xalqı təbrik edən deputat Ceyhun Məmmədov bildirib ki, iyulun 9-da Ağdama səfər edəcək və şəhid ailələrinin iştirakı ilə keçiriləcək tədbirə qatılacaq:

“İyulun 10-da evimdə ailəmlə birgə olacağam. Bayramla bağlı əsas planlarım belədir, lakin bununla paralel olaraq bəzi şəhid ailələrini də ziyarət etməyi , onların bayramlarını təbrik etməyə planlaşdırıram”.

 

Deputat Razi Nurullayev bayramı Bakıda, evində keçirməyi planlaşdırır:

“Bayram zamanı Qurban kəsəcəyik və ehtiyacı olan insanlara paylayacağıq. Ümumiyyətlə, hər il Qurban bayramını evdə ailə üzvlərimlə birgə qarşılayıram, qurbanmızı kəsir, kiçik payı özümüzə saxlayaraq qalan hissələri ehtiyacı olanlara paylayırıq”.

 

Deputat Elman Nəsirov bildirib ki, Qurban bayramında rayonda olacaq:

“Qurban bayramını Cəlilabadda valideyinlərim və seçicilərimlə birgə qeyd edəcəm”.

 

Leyla Yusubova

Tarix: 4 İyul 2022, 17:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin