Şimali Atlantika Alyansı (NATO) Finlandiya və İsveçin üzvlük danışıqlarını başa çatdırıb.
Pravda.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının rəsmi saytında məlumat verilib.
Hər iki ölkə alyansa üzvlüklə bağlı öhdəlikləri və vədləri yerinə yetirməyə hazır olduqlarını təsdiqləyiblər.
NATO rəsmiləri ilə Finlandiya və İsveç nümayəndələri arasında danışıqlar aparılıb.
Finlandiya nümayəndə heyətinə xarici işlər naziri Pekka Haavisto, İsveç nümayəndə heyətinə isə xarici işlər naziri Ann Linde rəhbərlik edib.