Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Kəmaləddin Heydərovla görüşmək istəyənlərin nəzərinə

872
Paylaş:
Kəmaləddin Heydərovla görüşmək istəyənlərin nəzərinə

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Yevlaxda vətəndaşları qəbul edəcək.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 8 iyul 2022-ci il tarixində Yevlax şəhərində, Nazirliyin Aran Regional Mərkəzinin inzibati binasında saat 11:00-dan Yevlax rayonu və Mingəçevir şəhəri sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 7 iyul 2022-ci il tarixində Nazirliyin Aran Regional Mərkəzinin inzibati binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Paylaş:

Ən son xəbərlər