BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Beynəlxalq Bankın Eldar Mahmudova qarşı iddiasına ekspertiza təyin edildi

Bakı Kommersiya Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin “Azəri Steel-2009" MMC, Hacıyeva Lalə Abuzər qızı və Mahmudov Eldar Arif oğluna qarşı iddiasına baxılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Leyla Əliyevanın sədrliyi ilə araşdırılan prosesdə qərar elan edilib.


Qərara əsasən, icraat dayandırılıb, məhkəmə tərəfindən ekspertiza təyin olunub.


Qeyd: "Azərbaycan Beynəlxalq Bankı" ASC “Azəri Steel-2009" MMC, Hacıyeva Lalə Abuzər qızı və Mahmudov Eldar Arif oğlunu məhkəməyə verərək kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb. Lakin kreditin məbləği açıqlanmayıb.


Xatırlatma: “Azəri Steel-2009" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kommersiya qurumlarının dövlət reyestrində Əliyev İlham Əli oğlunun qanuni təmsilçi olduğu qeyd olunub. Şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 08.10.2009-cu ildir.

 

Kamal Məmmədov 

Tarix: 5 İyul 2022, 18:02   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin