“Diaspor quruculuğu istiqamətində müəyyən inkişaf var. Bu proses gənc Azərbaycan dövləti üçün yenidir. Ümidvaram, bu inkişaf davamlı olacaq, Azərbaycanın, ümumilikdə Türk Dünyasının diaspor fəaliyyəti gücləndiriləcək, müvafiq birlik yaradılacaq ki, türk dövlətlərinə qarşı aparılan çirkin kampaniyaya qarşı müəyyən qüvvə ilə çıxış etməyə imkanlar olsun. 2019-2023-cü illər üçün Strateji Yol Xəritəsi hazırlanıb və vahid ideya, maraqlar uğrunda dövlət-diaspor əməkdaşlığının inkişafı üçün çalışılır. Böyük işlər hələ qarşıdadır”.
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Asim Mollazadə Diasporla İş üzrə Dövlət Komitəsinin 20 illik yubileyi barədə danışarkən deyib.
