Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavid istefa verib.
Rişi Sunak bildirib ki, ictimaiyyət haqlı olaraq hökumətin düzgün, səriştəli və ciddi şəkildə idarə olunmasını gözləyir: “Mən başa düşürəm ki, bu, mənim son nazir vəzifəm ola bilər, amma inanıram ki, bu standartlar uğrunda mübarizə aparmağa dəyər və buna görə də istefa verirəm" - deyə o, bildirib.